dunyatv.az
CANLI YAYIN

Messidən daha bir rekord

13-03-2014, 10:59

Messidən daha bir rekord

DunyaTv.az Publika.az-a istinadən xəbər verir ki,

"Barselona"nın hücumçusu Lionel Messi daha bir rekorda imza atıb.m Argentinalı futbolçu adını Çempionlar Liqasının tarixinə yazdırıb.

Belə ki, ÇL-ın 1/8 finalının cavab oyununda "Mançester Siti"nin qapısına yol tapan Messi sözü gedən turnirdə qol sayını  67-yə çatdırıb. Bununla da o, ÇL-da bir klub forması ilə ən çox qol vuran futbolçu olub. Bu rekordun əvvəlki sahibi Raul Qonzales "Real" forması ilə 139 matçda 66 qola imza atmışdı. Raulun ən yaxın izləyicisi isə "Real" forması ilə 46 oyunda 46 qol vuran Kriştiano Ronaldodur. Messi isə 67 qolu 84 oyunda vurub.
Qeyd edək ki, Raul Qonzales "Real" və "Şalke"də çıxış etdiyi dövrdə ÇL-da 71 dəfə fərqlənməyi bacarıb. Messi bu mövsüm daha dörd qol vuracağı təqdirdə Raulun bu rekordunu da təzələyəcək.


Oxunub: 1 135

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.