dunyatv.az
CANLI YAYIN

Baharın retro dəbi: büzməli ətək [foto]

13-03-2014, 14:22

Moda dünyasında retro küləkləri əsməyə davam edir. 1950-ci illərdən əsən küləklər 2014-ün bahar mövsümünə büzməli ətək modellərini də gətirib. Keçən il əsasən uzun ətəklər dəbdə idisə, bu il uzun ətəkləri büzməli ətək modelləri əvəz edəcək. Xüsusən də midi büzməli ətəklər mövsümün trendi olacaq. Büzmə elementi, hətta dəri parçalarda da tətbiq olunub.
Büzməli ətəklər qadınlığı əks etdirən bir detal olduğu üçün xanımları çox romantik göstərir. Midi ətəkləri hündürdaban ayaqqabı və ipək bluzla birlikdə sintez edilməlidir. Boyunuzun daha uzun görünməsi üçün ayaqqabını krem rənglərində alın. Mini ətəkləri isə baletkalarla geyinmək olar.

Büzməli dəri ətək – Mövsümün ən diqqət çəkən ətəkləri şübhəsiz ki, dəri modellərdir. Midi və mini büzməli ətək modelləri ofis stili üçün mükəmməl seçim hesab  olunur. Bu ətəyi ağ köynək və stiletto ayaqqabı ilə geyinsəniz, qüsursuz stil sahibi olarsınız. Daha vamp görünmək üçün üst geyim olaraq dəri gödəkçə geyinə bilərsiniz. Trendlərin izi ilə gedənlər isə büzməli ətəkləri damalı köynəklərlə sintez edə bilər. 

 Soyuq havalarda büzməli ətəkləri qalın köynəklərlə də geyinə bilərsiniz. Sweatshirt-lərin populyar olduğu bir mövsümdə büzməli ətəyi bu tip köynəklərlə uyğunlaşdıra bilərsiniz. Həmçinin boğazlı köynəklər də düzgün seçim ola bilər. Belinizin incəliyini vurğulamaq üçün zərif bir kəmər taxmaqla eleqant obrazı tamamlaya bilərsiniz.

Baharın retro dəbi: büzməli ətək [foto]

Baharın retro dəbi: büzməli ətək [foto]

Baharın retro dəbi: büzməli ətək [foto]

Baharın retro dəbi: büzməli ətək [foto]

Baharın retro dəbi: büzməli ətək [foto]


Baharın retro dəbi: büzməli ətək [foto]

Baharın retro dəbi: büzməli ətək [foto]

Baharın retro dəbi: büzməli ətək [foto]

Baharın retro dəbi: büzməli ətək [foto]

Baharın retro dəbi: büzməli ətək [foto]

 


Oxunub: 3 555

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.