dunyatv.az
CANLI YAYIN

Qozlu kiftə

14-03-2014, 15:24

Tərkibindəkilər

- 3 stəkan əzilmiş qoz

- 2 stəkan bulqur

- 2 ədəd quru soğan

- 3 diş sarımsaq

- 1 dəstə cəfəri

- 1 xörək qaşığı pul bibər

- İstiot

- Duz

- Cirə

- Nanə

- Kahı

- 1 qaşıq tamat

- Yağsız qiymə (ət maşınından iki dəfə keçirilməlidir)

 

Hazırlanması

 

- Bulqurları 2 stəkan isti suda isladın.

- Əzdiyiniz qozları bulğura qatıb soğanları nazik doğrayın.

- Tamat, ədviyyatları, sarımsağı əzib əlavə edin.

- 1 çay qaşığı duz əlavə edin.

- Bulğur yumşalana kimi bu qarışımı yoğurun.

- Yoğurarkən yanınızda 1 kasa ilıq su qoyun ki, arada əlinizi isladasınız.

- Sonuncu dəfə yoğurma zamanı nanə və cəfərini doğrayın.

- Ovuc içi böyüklüyündə balaca kiftələr hazlrlayaraq boşqablara düzdüyünüz kahıların üzərinə qoyun. Yanında ayranla süfrəyə verə bilərsiz. Nuş olsun!


Oxunub: 1 156

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.