dunyatv.az
CANLI YAYIN

Bu gün Ümumdünya yuxu günüdür

14-03-2014, 14:47

Bu gün Ümumdünya Yuxu Günü Komitəsi tərəfindən 2008-ci ilə təsis edilib.

DunyaTv.az Azadinform.az saytına istinadən xəbər verir ki, yuxu günü hər il mart ayının üçüncü cümə günü qeyd edilir.

Yuxu günü təsis ediləndən bəri Ümumdünya Səhiyyə Təşkilatının yuxu və sağlamlıq proqrammı çərçivəsində bir sıra tədbirlər həyata keçirilir.

Orqanizmin normal fəaliyyəti üçün çox vacib olan yuxu gün ərzində sərf olunan enerjini bərpa etməyə imkan verir. Lakin müasir dünyada yuxusuzluq böyük problemə çevrilib. Ekspertlərin fikrincə, sağlam olmaq üçün düzgün qidalanmaq, günü düzgün təşkil etmək və mütləq yetərincə yatmaq lazımdır. Orta statistik insan ömrünün üçdə bir hissəsini yuxuda keçirir.

Çoxsaylı sınaqlar göstərib ki, uzun müddət yuxusuz qalan adamın əhval-ruhiyyəsi pisləşir, depressiyaya məruz qalır. Yuxunun müddətini 4 saat azaltdıqda hadisələrə münasibətin sürəti 45 faiz azalır, yaddaş və immunitet zəifləyir. Narahat yatan adamlar insult, infarkt, hipertoniya, piylənmə, sinir pozğunluğu təhlükəsi ilə üzləşirlər.

Ekspertlər insanlara yuxusuz qalmamağı məsləhət görür. Yatmazdan əvvəl spirtli və kofeinli içkilər içmək olmaz. Ac yatmaq da ziyandır. Yuxudan ən azı 4 saat əvvəl qidalanmaq lazımdır. Yaşlı adam gündə 7-8 saat, uşaqlar isə 10 saat yatmalıdırlar.

 

DunyaTv.az

 



Oxunub: 954

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.