Hər qadın ildə 2 kilo kosmetika yeyir
Həkimlər qadınlara kosmetikadan mümkün qədər az istifadə etmələrini məsləhət görürlər.
DunyaTv.az Ans press-ə istinadən xəbər verir ki,amerikalı alimlərin araşdırması il ərzində
1 qadının kosmetikadan 2,5 kiloqramadək kimyəvi maddə udduğunu
müəyyənləşdirib. Araşdırma müəlliflərinin sözlərinə görə, əksər qadınlar
1 gündə orta hesabla 20 müxtəlif kosmetik preparatdan istifadə edir.
Biokimyaçı Riçard Bensin sözlərinə görə, bu preparatlar bir-birinə
qarışan zaman insan üçün dəhşətli nəticələr verə bilər. Məsələn, adi
dodaq boyası ağız boşluğuna düşən zaman tüpürcəkdə və mədədə uzun müddət
qalan fermentlərə parçalanır.
Qırışlara qarşı kremlərin tərkibində olan kimyəvi maddələr də dəriyə çəkilən zaman heç bir maneə olmadan qana keçir.
DunyaTv.az