dunyatv.az
CANLI YAYIN

Sumqayıt şəhər tarix muzeyində "Sumqayıt" adlı jurnalın ilk nömrəsinin təqdimat mərasimi keçirildi [video]

15-03-2014, 10:46

 

Sumqayıt  şəhər  tarix   muzeyində "Sumqayıt"  adlı jurnalın  ilk nömrəsinin  təqdimat  mərasimi  keçirildi [video]

 

Sumqayıt  şəhər  tarix   muzeyində "Sumqayıt"  adlı jurnalın  ilk nömrəsinin  təqdimat  mərasimi  keçirildi.Mərasimdə  Sumqayıt şəhər icra   hakimiyyətinin  məsul işçiləri,yaradıcı  ziyallılar,təhsil  işçiləri və çoxlu  kitab  sevərlər  iştirak  edirdi.Jurnalın ilk nömrəsinin  məziyətləri,mövzu və ideya  xətdi  barədə teqdimatda çıxış edən iştirakçılar jurnalın  poliqrafik və  mövzu   cəhətdən   cəlbedici olduğunu  qeyd  etdilər.Natiqlər Sumqayıt şəhərinin iqtisadi  və sənaye  potensialına  görə ölkəmizdə  kənarda  da  yaxşı  tanındığını beynəlxalq  miqyasda  birçox  şəhərlərlə  dostluq  etdiyini  vurğuladılar. Ilk nömrədə  corat  qəsəbəsi   haqqında  daha   ətraflı  məlumatlar verildiyi   xüsusi   rəğbətlə   qarşılandığı  qeyd  olundu. Sonda  isə yeni   yaradıcılıq   töhvəsi  olan  Sumqayıt   jurnalının   redaktoru Elcan  Oruclu  bu  tədbirin  ərsəyə   gəlməsi  üçün  ilk  öncə Sumqayıt  şəhər İcra hakimiyyətinin  başçısı   Eldar  Əzizova    həmçinin    jurnalın  işıq   üzü   görməsində  zəhməti  keçən   hərkəsə  öz  təşəkkürünü   bildirdi.O  həmçinin  bildirdi  ki, oxucular yeni  yaradıcılıq   töhvəsi  olan   bu   jurnalı   oxumaqla   Sumqayıtın   dünənindən  bugünündən  geniş  məlumat   eldə   edə  bilərlər.Məlumat   üçün  onu   da  bildirək  ki,Sumqayıt   jurnalı  hər ay  mütəmadi olaraq   nəşr   olunacaq .



Oxunub: 1 315

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.