Bakıda Çempionlar Liqası həyəcanı
Bu gün Bakıda voleybolçu qadınlar arasında Çempionlar Liqasının "Dördlər finalı” start götürür.
DunyaTv.az Publika.az-a istinadən xəbər verir ki, Azərbaycanı bu yarışda təmsil edən "Rabitə” yarımfinal matçında Kazan "Dinamo”su ilə üz-üzə gələcək. Digər cütlükdə isə Türkiyənin "Vaqifbank” və "Əczaçıbaşı” klubları yer alıblar.
Çempionlar Liqası
1/2 final
15 mart
16:00 "Vaqifbank” – "Əczaçıbaşı”
19:00 "Dinamo Kazan” – "Rabitə”
16 mart
16:00 Üçüncü yer uğrunda
19:00 Final
DunyaTv.az