dunyatv.az
CANLI YAYIN

Azərbaycanda iki zəlzələ baş verib

15-03-2014, 11:16

DunyaTv.az Gun.az-a istinadən xəbər verir ki,

Bu gün Azərbaycanda ardıcıl olaraq 2 zəlzələ baş verib.

Bu barədə Gün.Az-a   Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
 Verilən xəbərə görə, ilk zəlzələ yerli vaxtla saat 04:58:22-də Qubadan 42 km şimal-şərqdə, Xəzər dənizində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.0, dərinliyi 3 km olub. Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
 İkinci zəlzələ isə yerli vaxtla saat 06:20:52-də Lənkərandan 22 km şimal-qərbdə qeydə alınmışdır. Zəlzələ yaxın yaşayış məntəqələrində 4-3 bal gücündə hiss olunub. Yeraltı təkanın maqnitudası 4.2, dərinliyi 42 km olub.


Oxunub: 1 025

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.