dunyatv.az
CANLI YAYIN

WhatsApp-da əla yenilik

20-03-2014, 12:41

WhatsApp şirkəti eyni adlı messencerinin yeni versiyasını hazırlayır: VoIP zənglər dəstəklənəcək. Resurs tətbiqin yeni beta-versiyasının ekran görüntüsü bloqda yerləşdirilib.

Şəkildə çağırış idarəetmə düymələri görünür. Tətbiqin yeni versiyasının dizaynı iOS 7.1 platformasının yeni dizaynına çox oxşardır.
DunyaTv.az Milli.Az-a istinadən bildirir ki, WhatsApp populyar ödənişsiz messencerdir və onun auditoriyası 450 milyondan çoxdur. Tətbiq iPhone, Android, Windows Phone, BlackBerry, Nokia S40 və Symbian üçün əlçatandır. İstifadəçilər mətn mesajlarından başqa, fotoşəkil və videofaylları göndərə bilərlər. 2013-cü ilin avqustunda əvvəlcədən yazılmış səs mesajlarının göndərilməsi funksiyası istifadəyə verilib.
Bir neçə həftə əvvəl WhatsApp-ın yaradıcısı Yan Koum 2014-cü ilin ikinci rübündə tətbiqə VoIP texnologiyası üzrə çağırış funksiyasını əlavə etməyə söz verib. O deyib ki, WhatsApp rəqib məhsullarla müqayisədə trafiki az istifadə edəcək.
  Xatırladaq ki, fevralın sonunda Facebook şirkəti WhatsApp-ı 19 milyard dollara satın alıb.
 
DunyaTv.az

 


Oxunub: 1 592

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.