Bakıda minik maşını ilə avtobus toqquşub, bir nəfər xəsarət alıb
DunyaTv.az APA-ya istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda "Mercedes” markalı minik avtomobili və "Daewoo” markalı avtobusun toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, "Mercedes” markalı minik avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.