dunyatv.az
CANLI YAYIN

Murat Boz: “Azərbaycanlı qızla evlənəcəyəm” [video]

18-03-2014, 14:20

Murat Boz: “Azərbaycanlı qızla evlənəcəyəm” [video]

Türkiyənin tannınmış müğənnisi Murat Boz hazırda Bakıdadır.

DunyaTv.az Gün.Az-a istinadən xəbər verir ki,martın 17-də gecə saatlarında Azərbaycana təşrif buyuran müğənni Heydər Əliyev Sarayında nəzərdə tutulan iki günlük konsertinin ilk çıxışını edib.
Konsertdən öncə Murat Boz KİV nümayəndələri ilə görüşüb, onların suallarını cavablandırıb.
"Çox xoşbəxtəm ki, Bakıdayam. Mən burada çoxdan olmuşdum, amma bu, mənim Azərbaycanda ilk konsertimdir. Burada konsert verməyi mənə təklif etdiyiniz üçün çox sağ olun. Çox şadam ki, Azərbaycanda bu qədər pərəstişkarım var. Müğənni üçün bundan böyük xoşbəxtlik ola bilməz” - deyə, o bildirib.
M.Boz daha sonra "eşitmişəm ki, gözəl-göyçək qızlar Bakıda yaşayır. Əgər mən burada azərbaycanlı qızını bəyənib, sevsəm, təbii ki, onunla evlənərəm” - deyib.
Azərbaycanlı müğənnilərdən yalnız Röyanı tanıdığını deyən M.Boz münsif olduğu "O ses Türkiye” yarışmasına gələn həmyerlilərimizin ifasına heyran olduğunu da vurğulayıb:
"Demək istəyirəm ki, Azərbaycan xalqı olduqca istedadlı və musiqi duyumludur. Ona görə də jüri üzvü olduğum yarışmada azərbaycanlıların iştirakını gözləyirəm” - deyə, M.Boz söyləyib.
Jurnalistlərlə görüşdən sonra axşam saatlarında Murat Boz Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış edib.
O, ilk olaraq repertuarında sevilən mahnılardan olan "Maximum”u ifa edib. Daha sonra isə "Vazgeçməm”, "Geri dönüş olsa”, "Kalamam arkadaş”, "İki mədəni insan”, "Ben aslında” "Özledim” və başqa mahnılarını oxuyub. Zalda əyləşən tamaşaçıların əksəriyyəti müğənnini öz ifaları ilə müşayiət ediblər.
Murat Boz zalda əyləşənlərin ona olan sevgisindən, heyranlığından çox təsirləndiyini deyib.
"İnanmazdım ki, məni dinləməyə bu qədər tamaşaçı gəlsin. Şadam ki, mahnılarımı əzbərdən bilirsiniz. Bakı, mən səni sevirəm!”- deyə, M.Boz əlavə edib.
Konsertin sonunda M.Boz hitə çevrilən "Uçurum” mahnısını səsləndirib.

Qeyd edək ki, konsert zamanı Murat Bozun fanatları müğənniyə gül dəstələri vermək, ondan avtoqraf almaq imkanına malik olmayıblar. Belə ki, cangüdənlər buna ciddi cəhdlə mane olublar.

 

DunyaTv.az




Oxunub: 1 156

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.