Rahat üsulla mini pizzalar hazırlamağın RESEPTİ
Pizza hazırlamaq çətindir deyə özünüzü əziyyətə vermək istəmirsiniz? Mini pizzaların hazırlanmasının sadə üsullarını təqdim edirik. Bu pizzaları uşaqlarınız çox bəyənəcək.
Tərkibindəkilər
Tortilla ( pizza üçün hazır xəmir)
Pomidor sousu
Sosiska
Holland pendiri
Hazırlanması
Tortillanı yumru stəkanın ağzı ilə yumru formalarda kəsin. Peçenyə
qabına düzün. Üzərinə pomidor sousu, sosiska dilimləri və pendiri əlavə
edib, pendir əriyənə kimi 180 dərəcədə bişirin. Nuş olsun!