dunyatv.az
CANLI YAYIN

Nura Suri Rusiyanın tanınmış musiqi şirkəti ilə əməkdaşlığa başladı [video] [foto]

19-03-2014, 14:53

 Tanınmış müğənni Nura Suri youtube kanalının daxilində fəaliyyət göstərən və Rusiyanın ən böyük musiqi kanallarından hesab olunan "ELLO ELLO” ilə iş birliyinə başlayıb. İfaçının yeni "Brilliantlar” klipi 18 mart tarixində sözügedən kanalda təqdim olunub.
Tbilisidə çəkilən "Brilliantlar” klipi Gürcü rejissor Zaza Uraşvili ərsəyə gətirib. Mahnının söz və musiqi yazarı Murad Arifdir.
 "Brilliantlar” klipinin ilk təqdimatı 24 fervral tarixində Bakıda keçirilib.

"ELLO ELLO” kanalı böyük musiqi şirkəti  "Symbolic Entertainment Group” və "LLC” tərəfindən yaradılıb.  Kanalda Rusiyanın və ukraynanın tanınmış ifaçılarının klipləri yerləşdirilir. Ancaq bu, ifaçının razılığı ilə həyata keçir və bunun üçün xüsusi müqabilə imzalanır. Kanalda Dan Balan, Nüşa, Vera Brejneva, Dima Bilan, Filip Kirkorov, Ani Lorak, Valeriy Meladze və digər tanınmış ifaçıların klipləri nümayiş olunur.
"ELLO ELLO” tez bir zamanda kifayət qədər istifadəçi toplayıb və yüksək baxış sayı qazanıb. Məhz bu kanal youtubdə əsl inglab etdi. Kanal dünyanın ən böyük musiqi şirkətlərindən olan Universal Music, Warner Music Russia və Velvet Musiclə əməkdaşlıq edir.
"ELLO ELLO” ilə həmçinin Rusiyanın və Ukraynanın ən yaxşı klipmeykerləri- Alan Badoyev, Vlad Opelyands, Qeorgiy Toidze və Serqey Solodkiy çalışır. Rjissorlar bütün kliplərini məhz "ELLO ELLO” –da təqdim ediblər.
Onu da xatırladaq ki, "ELLO ELLO” kanalında daha öncə ancaq Eldar Qasımovun, Nigar Camalın və Anar Bəylərin klipləri təqdim olunub

Nura Suri Rusiyanın tanınmış musiqi şirkəti ilə əməkdaşlığa başladı [video] [foto]

Nura Suri Rusiyanın tanınmış musiqi şirkəti ilə əməkdaşlığa başladı [video] [foto]

Nura Suri Rusiyanın tanınmış musiqi şirkəti ilə əməkdaşlığa başladı [video] [foto]

Nura Suri Rusiyanın tanınmış musiqi şirkəti ilə əməkdaşlığa başladı [video] [foto]

Nura Suri Rusiyanın tanınmış musiqi şirkəti ilə əməkdaşlığa başladı [video] [foto]



Oxunub: 1 401

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.