dunyatv.az
CANLI YAYIN

Bayram günlərində hava necə olacaq?

19-03-2014, 16:49

[/b]

Dunaytv.az Publika.az-a istinadən xəbər verir ki,

Bakı və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.[/b]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.Az-a verilən məlumata görə, güclü cənub-qərb küləyi axşam mülayimləşəcək, gecəyə doğru isə güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 5-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
  Azərbaycanın rayonlarında martın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcəyədək isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Martın 23-dən sonra ölkə ərazisində mülayim hava şəraiti hökm sürməyə, havanın temperaturu yüksəlməyə başlayacaq.  Ölkə ərazisində əsasən yağmursuz, mülayim hava şəraiti hökm sürəcək.


 


[/b][/b]


Oxunub: 1 060

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.