Hava mülayimləşir, temperatur yüksəlir
Bakı və Abşeron yarımadasında martın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Gündüz cənub küləyi əsəcək. Paytaxtda və yarımadada havanın temperaturu gecə 2-5, gündüz 9-14 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 3-8, gündüz 15-20, bəzi yerlərdə 22 dərəcəyədək isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.Bu gün axşamdan başlayaraq ölkə ərazisində artıq şimal-qərb küləyinin mülayimləşəcəyi, martın 23-də isə cənub küləyi ilə əvəz olunacağı gözlənilir.
Martın 22-dən etibarən hava şəraiti mülayimləşəcək, temperatur ötən günlərlə müqayisədə nisbətən yüksələcək. Yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim-cənub küləyi üstünlük təşkil edəcək, gündüz arabir küləyin sürəti güclənəcək.