Tanınmış dağıstanlı müğənni ilk dəfə Sumqayıtda geniş konsert proqramı ilə çıxış etmişdir
Martın 22-də tanınmış dağıstanlı müğənni Eldar Dalqatov ilk dəfə
Sumqayıtda Dövlət Musiqili Dram Teatrın səhnəsində geniş konsert
proqramı ilə çıxış etmişdir.
DunyaTv.az AzərTac-a istinadən xəbər verir ki, Novruz bayramı münasibətilə təşkil edilmiş konsert "Arı Production"un təşkilatçılığı ilə reallaşmışdır.
Tədbirdə həmçinin digər gənc ifaçılar da çıxış etmişlər.
DunyaTv.az