Qadınlar nə vaxt daha yaxşı geyinirlər?
Çalışan qadınlar daha yaxşı görünmək üçün bazar ertəsi günü yaxşı geyinirlər.
DunyaTv.az Milli.az-a istinadən xəbər verir ki, İngiltərədə aparılan araşdırma nəticələrinə görə, qadınları
74 faizi işdə yaxşı görünmək üçün bazar ertəsi günü gözəl paltar və ya
kostyum geyinirlər. Bu gün üçün hündürdaban ayaqqabı da vazkeçilməzdir.
Bazar ertəsi günü qadınları 57 faizi kostyum geyindiyi halda, yarısından
çoxu saç və makiyajlarına daha çox diqqət edirlər. Həftə ortasında isə
ayaqqabıların dabanlarının hündürlüyü qismən azalır. Qadınlar daha rahat
paltarlar geyinməyə üstünlük verirlər. İş həftəsinin son günündə isə
bir çox qadınlar işə cins şalvarlarla gedirlər.
DunyaTv.az