dunyatv.az
CANLI YAYIN

Avtobuslarda gediş haqları artırılır?

18-11-2013, 12:20

 

     Azərbaycanda ictimai nəqliyyatda gediş haqlarının artırılması təklif olunur

Azərbaycan Nəqliyyat Nazirliyinə sahibkarlar tərəfindən ictimai nəqliyyatda gediş haqlarının artırılması təklifi ilə məktublar daxil olur.

Bu barədə APA-ya Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov məlumat verib: "Nazirlik də məsələ ilə bağlı Tarif Şurasına bir dəfə müraciət edib. Lakin bu qurum təklifimizi məqbul hesab etməyib. Bununla əlaqədar biz ikinci dəfə gediş haqlarının artırılması ilə bağlı təklif irəli sürməmişik".

N.Həsənov bildirib ki, sahibkarlar Nəqliyyat Nazirliyinə istismar məsrəflərinin artdığını bildirirlər və bununla əlaqədar gediş haqlarının da artırılması təklif olunur: "Onlar, həqiqətən də, qiymətlərin qalxmasını istəyirlər. Son zamanlar bu məsələ ilə bağlı söz-söhbətlər də gəzir. Hətta maliyyə naziri də çıxışlarının birində bu haqda qeyd edib. Ümumiyyətlə, qiymətlərin qalxması üçün müəyyən əsaslar var. Ancaq bununla bağlı qərar vermək səlahiyyəti Tarif Şurasına aiddir".

 

 


Oxunub: 1 049

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.