dunyatv.az
CANLI YAYIN

"Bahar əhvalı" salatı

26-03-2014, 18:34

Tərkibi (6 nahar):
1 yerkökü
1 alma
300 q qaraciyər (toyuq)
1 baş soğan 
1 kartof
250 q mayonez
2 yumurta
1 göy soğan 
yarım dəstə reyhan 
5 çerri pomidoru

Toyuğun qaraciyərini, yerkökünü, kartofu və yumurtaları ayrılıqda suda qaynadın. 
Soğanı doğrayıb yağda qızılı rəng alanadək qovurun. 
Kartofu sürtgəcin iri gözündən keçirib salat qabına yığın, üzərinə mayonez çəkin. 
Üzərinə doğranmış göy soğan səpin. 
Soğanın üstünə qaraciyəri sürtgəcdən keçirin, istiot vurub mayonez çəkin. 
Qovrulmüş soğanı döşəyin. 
Bunun üzərinə almanı sürtgəcdən keçirin. Üzərinə mayonez çəkin. 
Üzərinə yerkökünü sürtgəcdən keçirib mayonez çəkin. 
Bişmiş yumurtanın ağının üst tərəfindən "çiçək ləçəkləri" üçün xırda dairələr kəsin, qalan yumurta ağlarını və sarılarını ayrılıqda sürtgəcin xırda gözündən keçirin. 
Salatın üzərini gözəyarı ikiyə bölün: yumurtanın ağını bir yarısına, sarısını digər yarısına döşəyin. Çörək qabığından (yaxud lavaşanadan) nazik şəridlər kəsərək "budaq", yumurta ağından kəsdiyiniz dairələrdən çiçək düzəldib ortalarına yumurta sarısı səpin. 
Salatın ağ yerinə də "budaqlar" qoyub çerri pomidorlarını düzün. 

Nuş olsun!

 

DunyaTv.az



Oxunub: 1 319

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.