dunyatv.az
CANLI YAYIN

XƏBƏRDARLIQ! Sabahdan Bakıya giriş-çıxış mümkün olmayacaq

20-11-2013, 17:30

 

 

 

Noyabrın 21-i səhər saatlarından etibarən Bakının cənub giriş-çıxışı bağlanacaq. Lent.az-ın məlumatına görə, GT3 avtomobil yarışı üzrə dünya çempionatının Bakı mərhələsinin keçirilməsi ilə bağlı Şıxov-Bibiheybət-Bayıl istiqamətindən şəhərə giriş-çıxış 4 gün müddətində məhdudlaşdırılacaq. Artıq yarışa hazırlıq çərçivəsində Dövlət Bayrağı meydanı yaxınlığında düşərgə salınıb, tribunalar, təhlükəsizlik hasarları və s. quraşdırılıb. Sabah əraziyə yarış avtomobillərinin gətirilməsinə başlanılacaq.

 

Qeyd edək ki, noyabrın 21-dən 24-dək paytaxtın Səbail rayonu ərazisində GT3 avtomobil yarışının keçirilməsi ilə əlaqədar paytaxtın Mikayıl Useynov, Qurban Abbasov, Aqil Quliyev, Aydın Nəsirov, Əhməd Yaqubov, Əlibəyov Qardaşları, Aydın Məmmədov və Əli Nəzmi küçələri istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bölgələrdən paytaxt ərazisinə giriş və çıxış üçün alternativ yol kimi 3-cü kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçmək, "20-ci Sahə" dairəsindən isə Dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə istənilən istiqamətlər üzrə hərəkət etmək məsləhət görülür. Eyni zamanda sabahdan etibarən Neftçilər prospekti - Azneft dairəsindən Bayıl qəsəbəsi və həmin istiqamətlər üzrə respublikanın bölgələrinə çıxış mümkün olmadığından, Niyazi küçəsi ilə Mehdi Hüseyn küçəsindən keçməklə Parlament və Mətbuat prospektləri, eləcə də 3-cü kənar dairəvi yolla hərəkət edilməsi tövsiyə olunur.


Oxunub: 998

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.