Həftənin ilk iş günü Azərbaycanda mülayim hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə
verilən məlumata görə, noyabrın 25-də Bakı və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub küləyi əsəcək.
Bakı və Abşeron yarımadasında havanın temperaturunun gecə 4-8, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək.
Aran
rayonlarında havanın temperaturu gecə 4-9, gündüz 12-17 dərəcə isti,
dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə
isti olacağı gözlənilir.
Oxunub: 1 167

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR