“Tanınmış iş adamlarından birindən ciddi evlilik təklif almışdım ..”
Afaq Aslan: "Amma sənətimdən ayrılmaq şərtilə”.
Son günlər ölkə mətbuatında haqqında daha çox danışılanlardan biri də müğənni Afaq Aslandı. Afaq Aslanla bağlı maraqlı məlumatlar əldə etdiyimizdən bu məlumatlarla bağlı Vətəninfo.az müğınni ilə müəyyən dəqiqləşdirmələr apardı.
-Bir müddət əvvəl mətbuata müsahibənizdə deyirdiniz ki,həyatınızda kimsə yoxdu.Məlumatlara görə, Afaq Aslanın ürəyinə yol tapan tapılıb?
Ürəyimə yol tapmaq istəyənlər çoxdur.Amma hələ ki, ürəyimə yaxın buraxa biləcəyim elə bir insan yoxdur ki, deyim hə,ona şans verməyi düşünərəm...
-Heç biri yaxınlaşıb demir ki,sizinlə tanış olaq və ya evlilik təklif etsin?
Çoxdur belə təkliflər.Evlilik təklifləri də çoxdur ... Amma mən heç bir təklifi dəyərləndirə bilmirəm.
-Afaq xanım bizdə olan məlumata görə,siz evliliyin bir addımlığından geri dönmüsünüz?
Sizdə hardandır bu məlumat?
-Qaynağımız sağlamdı?
Tanınmış iş adamlarından birindən ciddi təklif almışdım ailə
qurmaq üçün. Həmin insan mənə aşiq oldugunu və mənimlə ailə qurmaq
istədiyini etiraf etdi.Amma bəzi səbəblərdən mən o insana şans vermədim
və təklifini geri çevirdim.
-Deyilənə görə bu işə pəl vurulmasının səbəblərindən biri, sizin sənətinizi davam etdirmək israrınız olub?
Bəli elədir.Təklifini qəbul etməməyimin əsas səbəblərindən biri, məni səhnədən uzaqlaşdırmaq istəməsi olub.
-Sizə
yaxın mənbələrimiz onu da bildirirlər ki, hətta sizə Türkiyədə də
evlənmə təklifi olunub? Bu şəxslə Türkiyə də olanda dəfələrlə rəfiqəniz
Ebro Polatla birlikdə şam yeməyi belə yemisiniz?
-Sizi Ebru Polatla şam yeməyinə dəvət edən şəxs də ram edə bilmədi?
-Amma evlənmə təklifi almısınız?
Öz kişilərimizə nə olub ki, türklərlə ailə qurmağı düşünüm? Təklif almışam.Amma qəbul etməyi əsla düşünnməmişəm.
-Deyirlər həyatınızla bağlı falçılara-baxıçılara tez-tez gedirsiniz.Bu nə dərəcə də düzdü?
Mən baxıcılara inanmıram. Azərbaycanda baxıcı adı altında
insanları öz yalanlarına inandırmağa çalışan bir çox baxıcılar var. Amma
belə bir söz də var ki, fala inanma faldan da qalma. Mən Azərbaycanda
yeganə bir baxıcı var ki, ona hər zaman Azərbaycanın "vanqası” demişəm.
Çünki o insanın ağzından çıxan hər kəlməsi olur. Amma indi isə hər
yerindən duran fırıldaqçı özünə baxıcı adı qoyub insanları öz uydurduğu
yalanlara inandırır.
-Yəni Falçıya gedirsiniz?
Yox getmirəm amma, getmişəm.
-Deyilənə görə-yaxında maşınınızı dəyişmək istəyirsiniz?
Bəli istəyirəm. Yeni ildə inşallah.
-Toylarda oxuduğunuz və əldə etdiyiniz gəlirdən vergi verirsinizmi?
Mən toylara getmirəm əzizim.
Niyə getmirsiniz?çağırmırlar, yoxsa özünüz istəmirsiniz?
Hələ ki, getmirəm . Bir tərəfdən də özüm istəmirəm.