Bakıda gənc qız küçədə zorlandı
Polis: "Necə zorlanması hələlik məlum deyil”.
Bakı şəhərində gənc qıza təcavüz edilib.
Dunyatv.Az Milli.az-a istinadən xəbər verir ki, bu gecə naməlum şəxs Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində Vüsalə adlı qıza hücum edərək ona təcavüz edib. O, bıçaqla Vüsalə adlı qızı hədələyərək zorlayıb. Qız dərhal Daxili İşlər Nazirliyinin "102” xidmətinə məlumat verib.
Suraxanı rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, təcavüz faktı ilə bağlı polis əməkdaşları hadisə yerinə gediblər. Kimin harada və necə zorlanması hələlik məlum deyil.
Oxunub: 1 324