dunyatv.az
CANLI YAYIN

Ronaldonun qiyməti açıqlndı-160 milyon avro

26-09-2014, 10:07

 
 
 
 
 

Kriştiano Ronaldonun "Mançester Yunayted”ə qayıdacağı ilə bağlı məsələ gündəmdən düşmür.Bir müddət əvvəl ulduz futbolçu mətbuata verdiyi açıqlamada keçmiş klubuna qayıda biləcəyinə işarə etmişdi. Hətta İngiltərə klubunun azarkeşləri bununla bağlı aksiya da keçirməyi planlaşdırır.  Ronaldonun "Real”ı tərk etməsi üçün "Mançester Yunayted” 160 milyon avro ödəməlidir. Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Futbolçu özü isə "qırmızı şeytanlar”dan həftəlik 500 min avro məvacib tələb edir. Hazırda portuqaliyalı ulduz "Real”da həftəyə 350 min avro qazanır.Onu da qeyd edək ki, Ronaldo klubun transfer siyasətindən narazılığını bildirəndən sonra PSJ və "Çelsi” də futbolçunun transferi üçün fəaliyyətə başlayıb.


Oxunub: 2 825

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.