Avropa liqasının qrup mərhələsində "Qarabağ"ı 2-0 hesabı ilə məğlub edən "İnter" növbəti qalibiyyətini əldə edib. "Nerazurri"nin kolumbiyalı oyunçusu Fredi Quarin də qazanılan qələbəni şərh edib.
"Bu qarşılaşma səviyyəmizi sübut etmək və qrupda liderliyində möhkəmlənmək baxımından vacib idi. Parlaq oyun göstərməsək də, qalib gəldik. Komanda xarakter və istək nümayiş etdirdi. Düşünürəm ki, komanda yoldaşlarmının bir-birinin dəstəyinə güvənməsi fundamental əhəmiyyətə malikdir. "
Quarin İlqar Qurbanovu zədələdiyi epizod haqqında bunları deyib : "Rəqib oyunçudan üzr istəyirəm. Həmin epizodda ona xətər yetirmək istəmirdim. Top uğrunda mübarizə gedirdi və mən yalnız bu haqda düşünürdüm."
Oxunub: 786
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.