dunyatv.az
CANLI YAYIN

Bakıda daha bir avtobus qəzası:sərnişinlər xəsarət aldı

15-10-2014, 09:52

 

 

Gecə Bakı-Sumqayıt yolunun 10-cu kilometrliyində, Bakının Binəqədi rayonu ərazisində sərnişin avtobusu qəzaya uğrayıb. Məlumata görə, Əsədov Kamran Mahmud oğlunun paytaxtdan Sumqayıt istiqamətində 199 saylı xətt marşrutu üzrə idarə etdiyi "Daevoo" markalı avtobus Xırdalan dairəsi yaxınlığında başqa bir nəqliyyat vasitəsi ilə toqquşub.
Bundan sonra sürücü Kamran Əsədov idarəetməni itirib və sərinişin avtobusunu dəmir yolu körpüsünün beton dirəyinə çırpıb. Hadisə şahidlərinin sözlərinə görə, sərnişin avtobusunu onunla eyni istiqamətdə gedən "Opel" markalı minik maşını vurub. Bunu avtobusun sürücüsü də təsdiqləyib.
Yol qəzası baş verən zaman avtobusda sərnişinlər də olub və onun zərblə beton dirəyə çırpılması nəticəsində sərnişinlərdən bir neçəsi yüngül zədələnib.
Hadisənin təfərrüatlarını isə Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsinin istintaqçıları araşdırır.
Yol qəzasına səbəb olduğu ehtimal edilən digər avtomobilin sürücüsünün müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.

 


Oxunub: 612

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.