dunyatv.az
CANLI YAYIN

Yırtıcılar kənddə hücum etdi

22-11-2014, 14:11

 

 

Xudat şəhərində yırtıcı heyvanlar şəxsi təsərrüfata hücum edib.Ötən gecə baş verən hadisə 49 yaşlı şəhər sakini İsmayıl Muradovun həyətyanı sahəsində qeydə alınıb. Yırtıcılar ev sahibinə məxsus 40 hindquşunu, 1 ördəyi və 12 toyuğu  parçalayıb. Təsərrüfatının 70 ev quşundan ibarət olduğunu bildirən zərərçəkən hadisənin baş verdiyi vaxt heç bir səs eşitmədiyini qeyd edib .Yırtıcıların hücumu nəticəsində İ. Muradova min manatdan artıq ziyan dəyib.Əraziyə Xaçmaz rayon Baytarlıq İdarəsinin əməkdaşları gəlib. Onlar ərazini dezinfeksiya ediblər.Sakinlər onu da bildirib ki, bundan öncə də sözügedən ərazidə yırtıcıların evlərə hücum etməsi faktları baş verib.

APA


Oxunub: 1 405

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.