Azərbaycanda hava soyuyacaq, qar yağacaq
[/b]
[b]Sabah axşamdan
başlayaraq Azərbaycan ərazisində hava yağıntılı, küləkli keçəcək, bəzi
rayonlarda qar və sulu qar yağacağı proqnozlaşdırılır, havanın
temperaturu 10 dərəcəyə kimi enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə
verilən məlumata görə, oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər
bəzi yerlərdə duman olacaq. Axşam havanın tutqun olacağı, gecəyə doğru
yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Cənub-qərb küləyinin sürəti 8-13 m/s olacaq, küləyin sürəti arabir 18-20
m/s-dək güclənəcək. Günün ikinci yarısında şimal-qərb küləyi əsəcək,
külək arabir 23 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 14-16,
günün birinci yarısında 24-29, axşama doğru 19-21 dərəcə isti olacağı
gözlənilir.
Oktyabrın 20-də buludlu hava şəraiti üstünlük təşkil
edəcək. Fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin
sürəti 18-23 m/s olacaq, küləyin sürəti arabir 25-30 m/s-dək güclənəcək.
Havanın temperaturunun gecə 10-13, gündüz 15 dərəcəyə yaxın isti olacağı gözlənilir.
Azərbaycanın
rayonlarında oktyabrın 19-da axşam, 20-də bəzi yerlərdə yağış yağacağı
gözlənilir. Yağışın bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır.
Yuxarı
Qarabağ zonasının bəzi ərazilərində, o cümlədən Balakən, Zaqatala, Qax,
Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz, Qusar rayonlarında oktyabrın 19-da axşam, 20-də yağış
yağacağı, yağıntının bəzi yerlərdə intensiv olacağı, sulu qar, qar
yağacağı gözlənilir.
Mərkəzi-Aran rayonlarında havanın temperaturunun gecə 11-16, gündüz 23-28, oktyabrın 20-də 14-19 dərəcə isti olacağı gözlənilir.
Qeyd
edək ki, oktyabrın 16-dan Azərbaycanda mülayim hava şəraiti müşahidə
edilir. Bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturunun
gündüz 23-28, Aran rayonlarında gündüz 22-27 dərəcə isti müşahidə
ediləcək.
Oxunub: 1 328

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR