dunyatv.az
CANLI YAYIN

Azərbaycanda internetin qiyməti ucuzlaşacaq

7-12-2013, 10:20

 

 İnformasiya sahəsində tariflərə yenidən baxılıb.

Bir neçə gün öncə Tarif Şurasının qərarı ilə informasiya texnologiyaları sahəsində qiymətlərin aşağı salınması gələcəkdə internetin qiymətinin aşağı düşməsinə şərait yaradacaq.

Dunyatv.Az Apa-ya istinadən xəbər verir ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib ki, informasiya sahəsində tariflərə yenidən baxılıb və bu sahə üzrə əksər istiqamətlərdə qiymətlərin aşağı salınmasına qərar verilib.

Nazirin sözlərinə görə, qiyməti aşağı salınan bir çox rabitə sahələri var ki, onlar internetin qiymətinə təsir edir:

"Bunu da yaxın vaxtlarda provayderlər hiss edəcək və nəticədə onlar internetin qiymətini aşağı salacaqlar”.

 

 


Oxunub: 1 016

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.