Tarkanın konsertinə biletlərin qiyməti bəlli oldu
Türkiyənin meqastarı Tarkanın dekabrın 31-də Qubada verəcəyi konsertə biletlərin qiymətləri məlum olub.
Axşam.az xəbər verir ki, Yeni il gecəsində iştirak etmək istəyənlər 2 növ bilet sifariş verə bilər.
Standart biletlərin qiyməti 350 manat, VİP bilet isə 500 manatdır. VİP bilet sahiblərinə özəl xidmət göstəriləcək.
Tamaşaçılar
gecə saat 11-də "Rixos Hotel"də qarşılanacaq. Saat 12-dək onlara pulsuz
içki və soyuq qəlyanaltı masası təklif olunacaq.
Saat 12-də
Yeni il atəşfəşanlığı başlayacaq və bundan sonra Tarkan səhnəyə çıxacaq.
Müğənninin ifası saat 00:30-dan 02:30-dək nəzərdə tutulub. Daha sonra
yenidən içki və soyuq qəlyanaltı süfrəsi qonaqların ixtiyarına
veriləcək. Gecə saat 3-də isə səhnəyə türkiyəli dicey Burak Yetər
çıxacaq.