dunyatv.az
CANLI YAYIN

Bakıda gecə klubunda bıçaqlanma: oğlanı ürəyindən vurdular

18-10-2013, 18:10

[/i]
 

 

 
Klubdakı qətlin Bakı şəhər sakini Ənvər Həsənov tərəfindən törədilməsi müəyyən edilib

15:56

 
Bu gün Bakıda gecə klublarının birində baş vermiş qanlı cinayət barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Anspress-in nazirlyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Binəqədi rayonu Naxçıvani küçəsindəki "Magic” klubundan Bakı şəhər sakini Səttar Məmmədzadə ürək nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.

Lakin həkimlər onun həyatını xilas edə bilməyib.
Araşdırmalar zamanı hadisənin Bakı şəhər sakini Ənvər Həsənov tərəfindən törədilməsi müəyyən edilib.

Binəqədi rayon Polis İdarəsi tərəindən əməliyyat-axtaraş tədbirləri aparılır.

----------
10:25

[i]Bakıda gecə klublarının birində qətl hadisəsi baş verib.
Binəqədi Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, bu gün saat 05:00 radələrində Binəqədi rayonu Naxçıvani küçəsi 13-də yerləşən "MAK" klubunda 1993-cü il təvəllüdlü Həsənov Ənvər Kamran oğlu 1989-cu il təvəllüdlü Məmmədzadə Səttar Fərman oğlunu bıçaqla ürək nayihəsindən vuraraq qətlə yetirib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi qaldırılıb.


Oxunub: 2 616

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.