Çempionlar Liqası: VI turun ilk oyun gününün nəticələri [cədvəl]
"Qalatasaray” – "Yuventus” qarşılaşması təxirə salındı.
UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu - 6-cı tura start verilib.
Dunyatv.Az Azerisport.az-a istinadən xəbər verir ki, ilk oyun günündə A, B, C, D qruplarında 8 matç baş tutub.
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən və qar yağışı səbəbindən yarımçıq dayandırılan "Qalatasaray” – "Yuventus” qarşılaşması ilə bağlı UEFA qərarını açıqlayıb. Görüş bu gün Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək.
Qeyd edək ki, İstanbulda keçirilən matçın 30-cu dəqiqəsində 20 dəqiqəlik fasilə verən və meydançanın qardan təmizlənməsini istəyən baş hakim sonra oyunu təxirə salmışdı.
Son turun digər oyunları bu gün keçiriləcək.
Çempionlar Liqası
Qrup mərhələsi
10 dekabr
A qrupu
Mançester Yunayted (İngiltərə) - Şaxtyor (Ukrayna) - 1:0
Qol: Yones, 63.
Real Sosyedad (İspaniya) - Bayer (Almaniya) - 0:1
Qol: Ö.Toprak, 49.
B qrupu
Qalatasaray (Türkiyə) - Yuventus (İtaliya) matçı təxirə salınıb
Kopenhagen (Danimarka) - Real (İspaniya) - 0:2
Qollar: Modriç, 25, Ronaldo, 48.
C qrupu
Benfika (Portuqaliya) - PSJ (Fransa) - 2:1
Qollar: Lima, 45-pen, Qaytan, 58 - Kavani, 37.
Olimpiakos (Yunanıstan) - Anderlext (Belçika) - 3:1
Qollar: Saviola, 4; 58, Dominqes, 90+3-pen - Klyestan, 39.
D qrupu
Viktoriya (Çexiya) - ÇSKA (Rusiya) - 2:1
Qollar: Kolar, 77, Vaqner, 90 - Musa, 65.
Bavariya (İngiltərə) - Mançester Siti (İngiltərə) - 2:3
Qollar: Müller, 5, Qotse, 12 - D.Silva, 28, Kolarov, 59-pen, Milner, 62.