dunyatv.az
CANLI YAYIN

Acunun yeni hədəfi: Dünya Çempionatı

11-12-2013, 11:23

 

 

 Türkiyəli teleaparıcı Acun Ilıcalı yeni aldığı TV8 kanalı ilə bağlı daha bir layihə düşünüb.

 "Kanalımda futbola hər zaman yer var" deyən aparıcı Braziliyada keçiriləcək futbol üzrə Dünya Çempionatının yayım hüququnu almaq istəyir.

Acun bunun üçün TRT kanalına müraciət edib. A. Ilıcalı həmkarlarını yola gətirmək üçün bir nüansa da toxunub. Belə ki, 2014-cü il, iyunun 12-dən iyulun 13-dək keçiriləcək Dünya Çempionatının bir hissəsi Ramazan ayı dövrünə təsadüf edəcək. Braziliya ilə Türkiyə arasındakı vaxt fərqi səbəbindən oyunların bir çoxu imsak vaxtı ilə üst-üstə düşür. Acun isə TRT-də yayımlanan "İmsaka doğru" verilişini əsas gətirərək yayım hüququnun onlara verilməsini istəyir.

TRT rəhbərliyi isə onlara bir çox telekanaldan təklif gəldiyini və qərar verməyə tələsmədiklərini bildirib.


Oxunub: 1 264

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.