dunyatv.az
CANLI YAYIN

Bakıda sərnişin avtobusu ağır qəza törətdi: 8 yaşlı oğlan öldü

11-12-2013, 15:10

 

Bakıda sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, dekabrın 9-u saat 19 radələrində Buzovna qəsəbəsi Abşeron küçəsində qəsəbə sakini Əyyub Hüseynovun idarə etdiyi «VAZ 2107» markalı avtomobil ilə və Ağdaş rayon sakini Vüsal Bağırovun idarə etdiyi və 171 saylı xətt üzrə hərəkət edən «Daevoo» markalı avtobus toqquşub. Nəticədə, «VAZ 2107» markalı avtomobildə olan sərnişin, 2005-ci il təvəllüdlü Aqil Məmmədov xəsarət alaraq xəstəxanasına yerləşdirilib və dekabrın 10-da orada ölüb.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır

 


Oxunub: 1 481

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.