dunyatv.az
CANLI YAYIN

Türkiyənin iki məşhur simasının Bakıya gələcəyi tarix bəlli oldu

11-12-2013, 15:27

Türkiyənin iki məşhur simasının Bakıya gələcəyi tarix bəlli oldu

 

V "The First 2013” mükafatlandırma mərasiminin keçiriləcəyi tarix bəlli olub.

Tədbir dekabrın 23-ü "JW Marriott Absheron Hotel”də baş tutacaq.

Saat 18:00-da başlayacaq mərasimdə bir çox sürpriz qonaqlar olacaq. Gecədə məşhur "Kaybolan yıllar” serialının baş rol ifaçısı  Saruhan Hunel də iştirak edəcək. Mükafatlandırma mərasiminin sürpriz qonaqları sırasında "O Səs Türkiyə"nin finalçılarından olan və "İsyan” mahnısı ilə sevilən Ayda Mooşarrafın iştirakı da gözlənilir. Bununla yanaşı, tədbirə əməkdar artist Tünzalə Ağayeva, müğənni Murad Sadıx və bir çox tanınmış simalar qatılacaq.

Qeyd edək ki, ötən illərdə keçirilən "The First”  mükafatının təqdimetmə mərasiminə Türkiyədən şoumen Bəyazit Öztürk, aktyor Erkan Petekkaya, müğənni Serenay Sarıkaya, Soner Sarıkabadayı, Selami Şahin və digər məşhur ulduzlar  gəlmişdi.


Oxunub: 1 048

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.