dunyatv.az
CANLI YAYIN

Nazirlər Kabineti Yeni il ilə bağlı qərar verdi - Rəsmi açıqlama

12-12-2013, 11:50

Nazirlər Kabineti Yeni il ilə bağlı qərar verdi - Rəsmi açıqlama

 

İstirahət günlərinin dəqiq sayı bəlli oldu.

Nazirlər Kabineti Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü  ilə bağlı qərar qəbul edib.

Dunyatv.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif  Əli bildirib ki, qərara əsasən, dekabrın 31-dən yanvarın 6-dək (yanvarın 6-sı da daxil olmaqla) qeyri-iş günü elan olunub.

Yəni iş günü bir də yanvarın 7-də başlayır. Bunun əvəzində isə dekabrın 28 və 29-u, yəni şənbə-bazar günləri iş günü hesab olunacaq.

Bütün dövlət müəssisə və təşkilatları öz qrafiklərini buna uyğun qurmaldırlar.


Oxunub: 1 379

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.