dunyatv.az
CANLI YAYIN

"İkinci çörək" də bahalaşdı?

16-12-2013, 10:26

 

Son iki gün ərzində Azərbaycanda kartofun qiymətində kəskin bahalaşma müşahidə olunur. Lent.az-ın məlumatına görə, bazar və mağazalarda kartofun bir kiloqramının qiyməti 1 manat 20 qəpiyədək bahalaşıb. Bəzi kartof növləri isə 1 manat 40 qəpiyə satılır.

Satıcılar qiymət artımını qarlı-şaxtalı hava şəraiti və yanacağın qiymətinin artması ilə əsaslandırırlar. Bildirilir ki, kartofun topdansatış qiymətində artım olduğu üçün pərakəndə satışda da bu müşahidə edilir.

Qeyd edək ki, son vaxtlarda bazarlarda Rusiya və Gürcüstandan gətirilmiş kartoflara daha çox rast gəlinir.


Oxunub: 810

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.