
Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını bıçaqlayıb.
DunyaTv.Az APA-ya istinadən bildirir ki, hadisə Müdafiə Nazirliyinin "N” saylı hərbi hissələrindən birində qeydə alınıb.
Quba rayonundan həqiqi hərbi xidmətə çağırılan, 19 yaşlı Zaur Rüstəmov mübahisə zəminində əsgər yoldaşı, Xətai rayonundan hərbi xidmətə çağırılan Surxay Muradovu bıçaqlayıb. Yaralı əsgər ürək nahiyəsindən aldığı ağır bıçaq xəsarəti ilə hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisəyə münasibət öyrənmək mümkün olmayıb.
Oxunub: 1 095
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.